Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti reyslərin sayını artırıb. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İyulun 16-dan avqustun 30-na qədər aviareyslər həftənin cümə günləri də yerinə yetiriləcək. İndiyə qədər bu istiqamətdə uçuşlar çərşənbə və bazar günləri həyata keçirilib.
Biletləri oktyabrın 23-nə qədər əldə etmək mümkündür.