Daxili İşlər Nazirliyindən vətəndaşlara müraciət olunub. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən işıqforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur.
Qurum vətəndaşlardan xahiş edir ki, paytaxt ərazisində yerləşən işıqforların hər hansı problemi ilə rastlaşdıqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.