Bakıda ov tüfəngi ilə qətl törədən şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, Elməddin Fətəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin oktyabr ayında baş verib. 40 yaşlı E.Fətəliyev Xətai rayonunda yerləşən avtomobil təmiri sexində aralarında yaranmış mübahisə zamanı qohumu, 53 yaşlı Arif Fətəliyevi ov silahından vuraraq öldürüb.