Saakyan, Qukasyan və İşxanyan da saxlanılıblar. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir.
Xankəndi şəhərində anadan olmuş 66 yaşlı Arkadi Qukasyan və 63 yaşlı Bako Saakyan, eləcə də Xocavənd rayonunda dünyaya gəlmiş 65 yaşlı Davit İşxanyan “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında qanunsuz silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, döyüş sursatı və hərbi texnika ilə təchiz edilməsində şübhəli bilinirlər.
Bundan əlavə, Azərbaycan ərazisində qanunsuz hərbi təlimlərin təşkil edilməsinə, davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Sözügedən şəxslər 7 maddə üzrə təqsirləndirilirlər. Araşdırmalar davam edir.
Daha öncə Arayik Arutyunyanın tutulması barədə də məlumat yayılmışdır.