Metroda QR-biletdən istifadə edənlərin sayı artıb. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Cari ilin aprel ayında Bakı metrosunda QR-biletdən istifadə edənlərin sayı əvvəlki ayla müqayisədə 44,8% artıb. Belə ki, aprel ayı ərzində 257.198 sərnişin QR-biletdən istifadə edib.
QR-biletlə gedişhaqqı ən çox aprelin son günü qeydə alınıb və bu, xidmət istifadəyə verildiyi vaxtdan bir gün ərzində ən yüksək göstərici hesab olunur – 12 min 107 sərnişin.