Cari il qruplar üzrə maksimal keçid ballar bəlli olub.
Bakuplus.az xəbər verir ki, bütün qruplar üzrə ən yüksək keçid balına malik ixtisasların siyahısı tərtib olunub.
İxtisaslar aşağıdakı kimidir:
- I qrup: Bakı Ali Neft Məktəbi - İnformasiya təhlükəsizliyi - 687 bal;
- II qrup: Bakı Ali Neft Məktəbi - Biznesin idarə edilməsi - 653 bal;
- III qrup: Bakı Dövlət Universiteti - Hüquqşünaslıq - 660 bal (tədris ingilis dilində);
- IV qrup: Azərbaycan Tibb Universiteti - Tibb - 681 bal (tədris ingilis dilində).