Qurban bayramının namaz vaxtı açıqlanıb. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bəzi məscidlərdə bayram namazı saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları gələn camaata uyğun vaxt təyin edə bilərlər. Məsələn rayon yerlərində namaz daha tez, şəhər yerlərində bir az gec qılına bilər.
Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixlərində qeyd ediləcək.