Bakıda qurum rəhbəri tələbəni hədələyərək ondan pul almaq istəyib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmli həmin şəhərdə tələbə olan Sumqayıt sakini, 22 yaşlı S.Əkbərovadan 20.000 ABŞ dolları tələb edib. Əks halda o, tələbənin cinayət aləminin üzvü ilə münasibətlərinin olmasını universitetə çatdıracağını bildirib.
Tələbə bununla bağlı polisə şikayət edib və 26 yaşlı Əlixan Məhərrəmli Bakıda saxlanılıb. Onun barəsində araşdırmaya başlanılıb.