Rəşad Dağlının məhkəməsi başlayır. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Tanınmış meyxanaçı Rəşad Dağlının cinayət işi üzrə ilkin araşdırmalar yekunlaşıb. Toplanan materiallar yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
Rəşad Dağlı “qəsdən adam öldürmə” maddəsi ilə ittiham olunur. O, 9 ildən 14 ilə qədər azadlıqdan məhrum oluna bilər.
Meyxanaçı Rəşad Dağlı 9 noyabr tarixində qonşusu İsgəndər Mehtiyevi bıçaqla qətlə yetirmişdir.