Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurası tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli Sərəncamında dəyişiklik edib. Bu haqda o, bu gün, 26 aprel tarixində müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şuraya sədrlik edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə əvəz edilib.