Rusiya sülhməramlılarının komandanlığının vasitəçiliyi ilə sentyabrın 20-si saat 13:00-dan etibarən hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin və qanunsuz silahlı birləşmələrin çıxarılması, eləcə də ağır texnika və silahların Qarabağdan çıxarılması barədə razılıq əldə olunub. Ermənistan əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında 21 sentyabr 2023-cü il tarixində Yevlax şəhərində keçiriləcək görüşdə reinteqrasiya, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.