Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı keçirilir. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Hazırda açılış mərasimində kinodramaturq və Xalq yazıçısının yaxınları, mədəniyyət xadimləri, ictimai xadimlər və digər şəxslər iştirak edirlər. Abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.
Rüstəm İbrahimbəyov 10 mart 2022-ci ildə dünyasını dəyişib.
[URIS id=93477]