Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsi ucaldılıb. Bu haqda bu gün, 2 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. Abidə I Fəxri Xiyabanda, kinodramaturqun qəbri üstündə ucaldılıb.
Abidənin açılışının 10 mart tarixində baş tutması planlaşdırılır. Rüstəm İbrahimbəyov 10 mart 2022-ci il tarixində 83 yaşında vəfat etmişdir.