Ermənistanda davam edən kütləvi etirazlar zamanı “Ana Ermənistan” partiyasının sədri saxlanılıb. Bu haqda Bakuplus.az bu gün, 22 sentyabr tarixində APA-ya istinadən məlumat verir.
Müxalifət lideri Andranik Tevanyan bir qrup fəalla Saryan küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Əraziyə cəlb edilən polis sədri və onun bir neçə tərəfdarını bölməyə aparıb.
Səhər saatlarında başlayan vətəndaş itaətsizliyi aksiyalarına məktəblilər də qoşulublar. Artıq bir neçə küçə bağlanılıb.