Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
78 saylı tam orta məktəbdə keçirilən tədbirdə RİH başçısı, onun müavinləri, aparatın şöbə müdirləri, Ramana bələdiyyə sədri və xidmət sahələrinin rəisləri iştirak ediblər.
Görüşdə sakinlərin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verilib.