TƏBİB-in tabeliyində olan M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında kadr dəyişikliyi baş verib. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kamal Hacıyev adıçəkilən xəstəxananın yeni mətbuat katibi təyin edilib. O, bundan əvvəl bir sıra dövlət və özəl strukturlarda, həmçinin keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətində çalışıb.