Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib. Bu haqda bu gün, 5 aprel tarixində Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Nazir Teymur Musayevin müvafiq əmrinə əsasən, bu vəzifəyə Elşən Mustafayev təyin olunub.
Daha öncə həmin vəzifəni Orxan Cəfərov tutub. Bu gün o, Respublika Psixiatriya Xəstəxanasının baş direktoru vəzifəsinə təyin olunub.