Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzi xəbər verir ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar vasitəsilə öyrənə bilərlər.
Boş qalan 97 plan yeri üzrə 16 namizəd müsabiqədə iştirak edib. Onlardan 11 nəfər rezidenturaya qəbul olunub.
Rezidenturaya qəbul olmuş namizədlər 5-10 sentyabr tarixi saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.