İçərişəhərə giriş məhdudlaşdırılacaq. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az qoruğa istinadən xəbər verir.
Keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Məhdudlaşdırma Qoşa Qala girişi, Kiçik Qala küçəsi, 52-128, Qüllə küçəsi, 15-22, Böyük Qala küçəsi, 41-51, Asəf Zeynallı küçəsi, 21-65 ünvanlarını əhatə edəcək.
Qadağalar 3-5 may tarixləri arası qüvvədə olacaq.