top
İçərişəhər Qoruğu beynəlxalq mükafatın qalibi seçilib
07 oktyabr 2024, 06:31
- ↺ +

İçərişəhər Qoruğu beynəlxalq mükafatın qalibi seçilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Dünya İrsi Şəhərləri Təşkilatına təqdim olunmuş “Bakı Xan Sarayı Kompleksi” layihəsi “Jean-Paul-L’Allier İrs Mükafatı”nın qalibi seçilib.

"Report" xəbər verir ki, İspaniyanın Kordoba şəhərində təşkil olunan və Dünya İrsi Şəhərləri Təşkilatının üzvü olan 100-dən artıq tarixi şəhər rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən 17-ci Dünya Konqresinin açılışı zamanı təşkilatın prezidenti və Kvebek şəhərinin meri Bruno Marchand “İçərişəhər”in qalib şəhər seçildiyini rəsmi şəkildə elan edib.

“Jean-Paul-L’Allier İrs Mükafatı” Dünya İrsi Şəhərləri Təşkilatı tərəfindən 2009-cu ildən etibarən iki ildən bir təqdim olunur. Mükafat üzv-şəhərlərdə tarixi şəhər ansamblının qorunması, təkmilləşdirilməsi və ya yaxşı idarə edilməsi üçün həyata keçirilən layihələrin və proqramların beynəlxalq səviyyədə tanıdılması məqsədilə təsis olunub.

Çoxsaylı namizədlərin içərisindən son mərhələyə 12 finalçı (Kvebek, Krakov, Kotor, Mexiko, Vizbi və digər şəhərlər) çatıb və onların arasında 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bərpa-konservasiya işlərindən sonra açılışı baş tutmuş “Bakı Xan Sarayı Kompleksi” layihəsi qalib seçilib. İdarənin təqdim etdiyi “İçərişəhərdə həyat keyfiyyətinin yaxşılaşdırılması: Bakı Xanlarının Parkı və Bakı Xan Sarayı Kompleksi” layihəsi təşkilatın müxtəlif üzv şəhərlərdən olan münsiflər heyəti tərəfindən mükafata layiq görülüb. İçərişəhərin rəsmi olaraq qalib elan edilməsindən sonra “İçərişəhər” DTMQİ tərəfindən konqres iştirakçılarına layihənin təqdimatı keçirilib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən Dünya İrsi Şəhərləri Təşkilatının (OWHC) üzvüdür. 1993-cü ildə təsis olunan və baş qərargahı Kanadanın Kvebek şəhərində yerləşən OWHC-nin 200-dən çox üzvü mövcuddur. Üzv olan tarixi şəhərlərin hamısı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər