Bakuplus.az-a "Bakı Metropoliteni" QSC-dan verilən məlumata görə, sabah saat 10:30-da "İçərişəhər" stansiyasında metropolitençilərin 4-16 yaşlı övladlarının qısa müddətə hazırladığı 6 parçadan ibarət ekotamaşa nümayiş olunacaq.
Yaşıl dünya naminə faktlar və rəqəmlərin dili ilə çağırış olan maraqlı tamaşa həm də COP29-a dəstək məqsədi daşıyır.