Martın 19-da İçərişəhərdə Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçiriləcək. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinə istinadən məlumat verir.
Verilən məlumata görə, tədbir saat 17:00-da başlayacaq. Saat 19:30-da ənənəvi bayram tonqalı qalanacaq. Sonra şənlik "Yallı" rəqsi və musiqi nömrələri ilə davam etdiriləcək.
Ötən illərdə əsas bayram tədbirləri İçərişəhər Qoşa qala qapısı yaxınlığında və Qız qalasının yaxınlığında keçirilmişdir.