"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən ortaəsrli “Buxara” karvansarasının təmir-bərpası yekinlaşır. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
"Hazırda bir sıra layihələr və təşəbbüslər üzərində çalışırıq. Ən uzunmüddətli proses isə qala divarlarının bərpasıdır", – deyə jurnalistlərə açıqlamasında Qoruğun İdarə Heyətinin sədri Şahin Seyidzadə bildirib.