“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhər və Qala Qoruqlarının "Vahid məlumatlandırma xidməti"ni (VMX) istifadəyə verib. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az məlumat verir.
“İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmaqla bərabər, eyni zamanda yaşayan bir şəhərdir. Bu səbəbdən də xidmət tarixi qoruqlarda baş verənlər haqqında sakin və sahibkarları zamanında rəqəmsal şəkildə məlumatlandırmaq üçün istifadəyə verilmişdir”, - məlumatda deyilir.
Həmin xidmət ödənişsiz əsasda təqdim edilir.