İyulun 24-də Bakıda yaşayış binasının 7-ci mərtəbəsindən özünü atan Vüsalə Dadaşovanın intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Qadının yaxınları bildiriblər ki, bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət ediblər.
Mərhumun rəfiqəsi Arzu Əliyeva qeyd edib ki, Dadaşova öldüyü gün dərhal dəfn edilib. “Ekspertizaya icazə verməyiblər. Uşaqlarına da öyrədiblər ki, analarının pəncərəni silərkən yıxılıb öldüyünü desinlər. Atası yaşlı və çarəsizdir, kömək edəni yoxdur”, - o izah edib.
Daha öncə məlum olub ki, 40 yaşlı Vüsalə Dadaşova ərinin onu yaxın rəfiqəsi ilə aldatdığını öyrəndikdən sonra özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atıb.