Martın 7-də Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Bu haqda Report məlumat verib.
Qonaqlar ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət ediblər. Səfər zamanı nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.
[caption id="attachment_93195" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]