“Forbes”un rus versiyası ölkənin 2022-ci il üçün ən varlı milyarderlərinin reytinq cədvəlini açılayıb. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az məlumat verib.
88 ən varlı rusiyalı milyarder arasında Bakıda doğulan Fərhad Əhmədov və Vahid Ələkbərov yer alıblar. Siyahıda Vahid Ələkbərov 10,5 mlrd dollarla 10-cu yerdə, 1,7 mlrd dollarla Fərhad Əhmədov 49-cu yerdə qərarlaşıblar.
Siyahıda daha iki azərbaycan əsilli milyarderin - 1,3 mlrd dollarla 70-ci yerdə olan Zaxar İliyevin və 1,3 mlrd dollarla 72-ci yeri tutan Qod Nisanovun da adları qeyd edilib.