Rusiyanın S7 aviaşirkəti Bakıya reyslərini ləğv edib. Bu barədə 4 mart tarixində APA məlumat verib.
Rusiyanın S7 Hava Yolları martın 5-dən etibarən bütün beynəlxalq uçuşları bağlayır. S7 sərnişinləri tərəfdaş şirkətlərin reysləri ilə evlərinə qayıda biləcəklər.
Ləğv olunan reyslərin siyahısını təqdim edirik:
- Mineralnıye Vodı-Bakı-Mineralnıye Vodı (S7 6641 / S7 6642)
- Novosibirsk-Bakı-Novosibirsk (S7 5571 / S7 5572)
- Samara-Bakı-Samara (S7 6463 / S7 6464)
- Həştərxan-Bakı-Həştərxan (S7 6465 / S7 6466)
- Volqoqrad-Bakı-Volqoqrad (S7 6467 / S7 6468)
- Krasnodar-Bakı-Krasnodar (S7 6459 / S7 6460)
- Mahaçqala-Bakı-Mahaçqala (S7 6587 / S7 6588)
Həmçinin S7 Avstriya, Ermənistan, Bolqarıstan, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, Qazaxıstan, Kipr, Qırğızıstan, Moldova, Tacikistan, Fransa, Misir, Tayland, Cənubi Koreya, Türkiyə, BƏƏ, Özbəkistana 100 beynəlxalq reysi ləğv edib.