Bakının Səbail rayonunda tarixi bina təmir olunur. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Murtuza Muxtarov küçəsində yerləşən Səadət Sarayı binasının fasadında təmir işləri aparılır. Bununla əlaqədar tikilinin ön tərəfində dəmir konstruksiyalar quraşdırılıb.
Təmir işləri səbəbindən piyada səkisində hərəkət qismən məhdudlaşdırılıb.
Sözügedən bina Bakı milyonçusu Murtuza Muxtarovun sarayı kimi də tanınır. M.Muxtarov binanı öz həyat yoldaşı Liza Tuqanovanın şərəfinə 1912-ci ildə inşa etdirmişdir.
[caption id="attachment_114427" align="alignnone" width="640"]
Foto Bakuplus.az[/caption]