Səbail rayonunda vətəndaşların qəbulu davam edir. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
İcra Hakimiyyətinin inzibati binasında həftə içi hər gün saat 10:00-dan etibarən vətəndaşların qəbulu keçirilir.
Qəbullarda Rayon İcra Hakimiyyəti başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak edirlər.
Cari ilin avqust-sentyabr ayları üzrə 300-dən çox sakin müxtəlif sosial problemlərlə bağlı müraciətlər edib.
RİH-nin başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.