Prezident Səbail rayonunun abadlaşdırılması məqsədilə Sərəncam imzalayıb. Bu haqda BakuPlus.az prezidentin mətbuat xidmətinə istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 1,2 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.