8 sentyabr tarixində Bakıda dələduzluq hadisəsi qeydə alınıb.
Səbail Rayon Polis Bölməsinə 48 yaşlı Yusif Nəcəfov müraciət edib. Şikayətçi bildirib ki, Afiq Məmmədov adlı bir şəxs cari ilin aprel ayında ondan 94.000 manat alıb və geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.