Paytaxtın Səbail rayonu, 20-ci sahə yaşayış massivində sakinlərlə görüş keçirilib. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı, onun müavinləri, aparatın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüşdə fərdi yaşayış evlərinin təmir olunması, dam örtüklərinin dəyişdirilməsi, yeni asfalt örtüyünün çəkilməsi, qaz, su və kanalizasiya xətlərinin yenilənməsi haqda müzakirələr aparılıb.
Sakinlərin şikayət və təklifləri dinlənildikdən sonra onların həlli üçün yerində müvafiq tapşırıqlar verilib.
[caption id="attachment_71904" align="alignnone" width="640"]
Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]