Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən Səbail rayonunda ağaclar əkilib. Bu haqda 25 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bir neçə gün öncə güclü külək səbəbindən aşan ağaclarla bağlı məlumat vermişdik. Hadisə Qurban Abbasov küçəsində baş vermişdir. Güclü külək səbəbindən aşan iki irigövdəli ağacın yerinə ərazidə 6 ədəd eldar şamı əkilib. Həmin ağaclara təyinatı üzrə su verilib, aqroqulluq edilib.
[caption id="attachment_53818" align="alignnone" width="800"]
Foto Oxu.az saytı[/caption]