Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində yol bağlanıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində problem yaranıb. Bu səbəbdən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.