“Sədərək” reklam haqqında qanunvericiliyini pozduğuna görə cərimələnə bilər. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Demokrat.az-a istinadən məlumat verir.
Şirkət barəsində Cinayət Məcələsinin “Müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi” maddəsi ilə inzibati protokol tərtib edilib.
Məlumata görə, materiallar baxılması üçün Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanovun icraatına verilib. Məhkəmə baxışı avqustun 21-nə təyin edilib.
Həmin maddə ilə fiziki şəxslər 300 manatdan 500 manatadək miqdarda, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək miqdarda, hüquqi şəxslər 5000 manatdan 10.000 manatadək miqdarda cərimə edilirlər.
“Sədərək” şirkəti və eyniadlı ticarət mərkəzi iş adamı Yusif Qədimbəyliyə məxsusdur.