Qaradağ rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Aksiya Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi avtomobil yolunun 12-ci kilometrində, "Sədərək” ticarət mərkəzinin yaxınlığındakı dağın ətəyində keçirilib.
Rayon İcra Hakimiyyəti başçısı və qəsəbələr üzrə nümayəndələri, o cümlədən Vətən müharibəsi qaziləri və şəhid ailələri keçirilən aksiya çərçivəsində 100-dən çox ağac əkiblər.
[caption id="attachment_71503" align="alignnone" width="640"]
Foto Qaradağ RİH-nin rəsmi saytı[/caption]