Nəsimi rayonunda yolayrıcında dəyişiklik edilib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yaranan sıxlığın səbəbi aradan qaldırılıb. Belə ki, Səməd Vurğun küçəsindən sola dönən zaman yolda sıxlığın yaranması müşahidə edilib. Problemi aradan qaldırmaq üçün yorayrıcındakı işqforun Məhəmməd Füzuli küçəsi istiqamətində olan hissəsində yaşıl işığın müddəti artırılıb.
[video width="1280" height="720" mp4="https://bakuplus.az/storage/photos/2023/10/video_2023-10-18_12-15-35.mp4"][/video]