Bakıda Yol polisi maşından yük boşaldan sürücünü cərimələyib. Bu haqda 7 fevral tarixində Avtosfer.az məlumat verib.
Sürücü idarə etdiyi “Ford” markalı avtomobildən yük boşaldan zaman yol polisi onu 500 manat məbləğində cərimələyib. Sürücü bildirir ki, o, 2 dəqiqə ərzində mağazaya su verən zaman polis əməkdaşı ona cərimə yazıb. Polis əməkdaşı isə bildirib ki, o, nömrəni taxta ilə örtüb və nəticədə avtomobilin nömrəsi bağlanıb.
"Yük yerinin qapısına taxta söykəmişdim ki, su bidonları yerə dağılmasın. Polis əməkdaşı isə bildirir ki, mən nömrənin üzərini bağlamışam. Hansı ki, nömrəyə heç bir müdaxilə etməmişəm”, - deyə sürücü bildirib.
Namiq adlı sürücü yazılmış cərimədən narazıdır və Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən qərarın ləğv edilməsini xahiş edir.