Dövlət Yol Polisi İdarəsi bayram günlərində iş cədvəlini açıqlayıb. Bu haqda bu gün, 6 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakının Sabunçu və Qaradağ rayonlarında yerləşən texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək. Həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi qeyri-iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq çalışacaqlar.