Dövlət Yol Polisi sürücülərə müraciət edib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, cari ilin 8 ayı ərzində nəqliyyat vasitələrindən atılan məişət tullantıları ilə bağlı paytaxt ərazisində 109 şəxs inzibati məsuliyyətə cəlb olunub.
“Hər bir vətəndaş ətraf mühitin qorunmasında öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, təmizliyə riayət edilməsində məsuliyyətli olmalıdır.”
Bildirilir ki, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atmaq qadağandır və buna görə də İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub.