İlk dəfə sürətli sərnişin qatarlarına Ucar və Ləki stansiyalarında dayanacaq verilir. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
“İstər Ucar, istərsə də Ağdaş rayonları ətrafında 100 minə yaxın sakinə sürətli sərnişin qatarlarından istifadə etmək əlçatan olacaq”, – “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sənubər Nəzərova deyib.
Bildirilir ki, qatarda bar-vaqon var, o cümlədən fiziki məhdudiyyətli insanlar üçün xüsusi oturacaqlar mövcuddur. Burada velosipedlərin saxlanması üçün yer də təşkil edilib.