Qeyri-qanuni erməni birləşmələri Bakıdan uçan sərnişin təyyarələrinə maneələr yaradır. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazidən Azərbaycanın hava məkanında uçan yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS-naviqasiya sistemlərinə qarşı radiomaneələrin tətbiqi intensivləşib.
Bakı-Füzuli, Budapeşt-Bakı, eləcə də Bakı-Qəbələ reysləri ilə uçan təyyarələrin GPS sistemində radiomaneələr səbəbindən fasilələr yaranmışdır.
Bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfimizdən məlumatlandırılıb, ancaq kontingent tərəfindən bu günədək heç bir tədbir görülməyib.