Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İstanbul–Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.
“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı Hava Limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib.
Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.