“BakuBus”-ın avtobuslarında pulsuz WiFi sərnişinlərin istifadəsinə verilib. Bu haqda 30 aprel tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
30 aprel tarixindən 5 və 7A nömrəli avtobusların sərnişinləri pulsuz WiFi-dan yararlana bilər. “BakuBus” MMC-nin istismarında olan digər marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da bu xidmətin qoşulması nəzərdə tutulur.