Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
1 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz isə 29-34 dərəcə isti olacaq.