Bakıda gözlənilən hava açıqlanıb. Bu haqda bu gün, 15 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
16 may tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz isə 15-20 dərəcə isti olacaq.