Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
19 may tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13, gündüz isə 16-20 dərəcə isti olacaq.