Mayın 9-na olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15, gündüz isə 19-24 dərəcə isti olacaq.