Bakıda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 3 iyun tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
4 iyun tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-22, gündüz isə 30-35 dərəcə isti olacaq.